İtaliya A Seriyasında növbəti irqçi olay yaşanıb.
Sportal.az xəbər verir ki, "Roma"nın azarkeşləri səfərdə keçirdikləri oyunda "Sampdoriya"nın futbolçusu Ronaldo Vieyraya qarşı irqçi şüarlar səsləndirib. İki minə yaxın azarkeş oyunun hər ikisində futbolçunu təhqir edib.
"Roma" "Twitter" hesabında yaşanan hadisəyə görə üzr istəyib:
"Ronaldo Vieyradan irqçiliyə məruz qaldığı üçün üzr istəyirik. Klubumuz irqçiliyə heç vaxt biganə qala bilməz! Buna görə məsuliyyət daşıyan şəxslər araşdırılacaq və stadionlara girişlərinə qadağa tətbiq edilməsi üçün dəstək olacağıq".
"Roma" ötən həftələrdə müdafiəçisi Juan Jezusa irqçi şüarlar səsləndirən bir qrup azarkeşin stadiondan ömürlük uzaqlaşdırılması məsələsini qaldırıb.
saytlarin hazirlanmasi