İtaliya A Seriyasında 9-cu turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, "Cenoa" yeni baş məşqçisi Tiaqo Mottanın rəhbərliyi altında "Breşiya"nı qəbul edib. Meydan sahibləri 0:1 hesabı ilə geri düşdüyü oyunda əzmkar qələbə qazanıb - 3:1.
Matça sonradan qoşulan Kevin Aqudelo, Kristian Kaume və Qoran Pandev qollara imza atıb. Daha öncə A Seriyasında meydana daxil olan hər üç futbolçu qol vurmamışdı.
saytlarin hazirlanmasi