“Breşia”nın futbolçusu Mario Balotelli A Seriyasının 9-cu turunda “Cenoa”ya 1:3 hesabı ilə uduzduqları oyunda qalmaqala səbəb olub.
Sportal.az xəbər verir ki, italiyalı forvard 72-ci dəqiqədə əvəz edilərkən jurnalistin fotoaparatını təpikləyib.
Fotoaparatın sahibi olan Massimo Lovati AGF-də çalışır. O, 29 yaşlı hücumçunun kobud hərəkətindən danışıb:
“Balotelli əvəz olunarkən kameranı futbol topu kimi təpiklədi. Fotoaparata ciddi ziyan dəyib və işləmir. Bərk əsəbləşmişəm. İnsanlara, onların çörək pulu qazandıqları alətlərə hörmət etmək lazımdır”.
saytlarin hazirlanmasi