"Fiorentina"nın futbolçusu Frank Riberi İtaliya A Seriyasının IX turunda "Latsio" ilə matçda (1:2) köməkçi hakimi itələdiyi üçün cəzalanıb.
Sportal.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi 3 oyun cəzalandırılıb və 20 min avro cərimə olunub.
Fransalı futbolçu "Latsio" ilə oyunun 89-cu dəqiqəsində qonaqların 2-ci qolu zamanı baş hakimin qərarından narazı qalıb və bunu yan xətt hakiminə emosional şəkildə bildirib. Riberi iki dəfə laynsmanı itələyib. O, buna görə qırmızı vərəqə alıb.
saytlarin hazirlanmasi