“Napoli”nin prezidenti Aurelio De Laurentiis komandanın son üç qarşılaşmada qalib gəlməməsinə görə sərt addım atıb.
Sportal.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, o, futbolçuların həftə sonuna qədər bazadan çıxışına qadağa qoyub. Klub prezidenti komandanı cəzalandırmaq deyil, bir-birilərini yaxından tanımaları üçün belə qərar verdiyini deyib.
Komandanın baş məşqçisi Karlo Ançeloti prezidentin qərarından narazı olduğunu, lakin nəsə edə bilməyəcəyini bildirib.
“Napoli” A Seriyasında 11 turdan sonra 18 xalla 7-ci sırada qərarlaşıb.
saytlarin hazirlanmasi