Milli üzvləri haqqları tapdalandığı üçün Obradoviçdən narazı qaldı

16:53 - 19 Noyabr 2019

Azərbaycanın U-21 millisinin əksər üzvü yığmanın çalışdırıcısı Milan Obradoviçdən narazılıq edir.

 

Sportal.az-ın məlumatına görə, serbiyalı mütəxəssislə bağlı daha bir xoşagəlməz hadisə yığmanın AÇ-2021-in seçmə mərhələsində Lixtenşteynə 1:0 hesabı ilə qalib gəldiyi oyundan öncə baş verib. 42 yaşlı çalışdırıcı bəzi futbolçulara Lixtenşteynlə rəsmi görüşdə şans verməyəcəyini, yalnız Ukrayna ilə yoxlama oyununda onları meydana buraxacağını deyib. Bu isə azərbaycanlı gənclərin narazılığına səbəb olub.

 

Doğukhan Öksüz, Hüseyn Seyliğli və Barış Ekincier klublarında oynamasa da, millidə daim start heyətdə yer alırlar. Milan Obradoviçin azərbaycanlı futbolçuların haqqını tapdalaması oyunçuları ruhdan salıb.

Xəbər xətti