"Qəbələ" AFFA-nın himayəsinə keçəcək? - iclasda müzakirə olunacaq

18:26 - 22 Noyabr 2019

AFFA-nın baş katibi Elxan Məmmədov qış fasiləsində sponsorsuz qalacağı gözlənilən “Qəbələ”nin vəziyyətindən danışıb.

 

Sportal.az xəbər verir ki, 40 yaşlı funksioner dekabrda keçiriləcək İcraiyyə Komitəsinin iclasında bununla bağlı müzakirə aparılacağını deyib:

 

"Bu məsələ növbəti iclasda müzakirə ediləcək. Dekabrda iclasımız olacaq. İstərdik ki, Qəbələdəki iş adamları, icra hakimiyyəti köməklik etsin. “Qəbələ” akademiyası Azərbaycan futboluna son 10 ildə böyük fayda verib. Bəhlul Mustafazadə bu akademiyada futbolçu kimi yetişdi. Digər futbolçular da klublarda oynayır, milli üzvləridir. Belə infrastrukturu olan klubu itirmək olmaz. Qəbələdə 6 təbii, 2 süni meydança var. Klub strukturu peşəkardır".

Xəbər xətti