“Qarabağ”ın ispaniyalı futbolçusu Xayme Romero ölkəsinin mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu Ağdam klubunun Avropa Liqasının qrup mərhələsinin V turunda “Sevilya”ya qarşı keçirəcəyi oyun haqda fikirlərini bildirib. Romero Əndəlüsiya təmsilçisinin yüksək səviyyəli futbolçulardan təşkil olunduğunu söyləyib:
“Sevilya yüksək səviyyəli futbolçulara, geniş heyətə sahibdi.Onlar bütün mövsümü iddialı keçirəcəklər. Bu komandaya qarşı artıq oynamışıq. Həmin vaxt bir neçə gün əvvəl La Liqada liderliyə yüksələn kollektivə qarşı çıxış etdik və 0:3 hesabı ilə məğlub olduq. Sevilyada oynamaq mənim üçün xüsusi andı. “Kordoba”da çıxış edirdim və təbii ki, “Sevilya”nın nəyi təmsil etdiyini bilirəm. Ölkəmizdə oynamaq isə həmişə özəldi".
Bu yay Ağdam klubuna keçən yarımmüdafiəçi “Qarabağ”ın hazırda formada olmadığını əlavə edib: “Mövsümün əvvəlində vəziyyətimiz daha yaxşı idi. İndi əvvəlki oyunlarımızı sərgiləyə bilmirik, çempionat matçlarında da son vaxtlar çox qələbə qazanmırıq. Ancaq Sevilyaya hər şeyimizi ortaya qoymaq üçün gedirik”.
Xayme "Qarabağ"da 15 oyuna 4 qol vurub.
Noyabrın 28-də keçiriləcək “Sevilya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 00:00-da başlayacaq.
saytlarin hazirlanmasi