Riberi bir aylıq sıradan çıxdı

16:16 - 3 Dekabr 2019

"Fiorentina"nın yarımmüdafiəçisi Frank Riberi zədələnib.

 

Sportal.az xəbər verir ki, İtaliya A Seriyasının 14-cü turunun "Leççe" ilə ev oyununda (0:1) zədə alan 35 yaşlı yarımmüdafiəçinin nə qədər yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib.

 

Sağ ayağının topuq nahiyəsindən zədə alan 36 yaşlı futbolçunun qarşıdakı 1 ayda komandaya kömək edəcəyi sual altındadır. Florensiya klubuna yayda "Bavariya"dan gələn Riberi cari mövsüm yeni komandasında 11 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmənin müəllifi olub.

Xəbər xətti