İtaliyanın "Breşiya" klubunda çıxış edən Mario Balotelli gələcəyi barədə danışıb.
Sportal.az "Sky Italia"ya istinadən xəbər verir ki, 29 yaşlı forvard komandadan ayrılmaq fikrində olmadığını deyib:
"Burada özümü yaxşı hiss edirəm. "Yuventus" kimi komanda olmasaq da, birlikdə yaxşı oyunlar göstərə bilərik. Mövsümün sonunu yaxşı bitirəcəyik. Prezident məni istəmədiyi müddətə qədər klubda qalacam".
Balotelli bu mövsüm A Seriyasında 12 oyuna 4 qol vurub. "Breşiya" 17 turdan sonra 14 xalla 20 komanda arasında 18-cidir.
saytlarin hazirlanmasi