İkardinin xanımı Lukakunu tənqid etdi

00:34 - 24 Dekabr 2019

PSJ-nin hücumçusu Mauro İkardinin xanımı və agenti Vanda Nara "İnter"in hücumçusu Romelu Lukakunu tənqid edib.

 

Sportal.az xəbər verir ki, argentinalı model belçikalı hücumçunun vacib oyunlarda komandaya fayda vermədiyini deyib:

 

"Lukakunun böyük oyunlarda da səhnəyə çıxdığını görmək gözəl olardı. Çempionlar Liqasında fərq yaratmadı və bu turniri TV-dən izləyəcək. "İnter"in sonuncu "9 nömrə"sinin 150 qolu var. İnsanlar fikirlərini tez dəyişir. ÇL-dən kənarda qalanda Lukakunu tənqid edirdilər, indi isə onu qəhrəman ediblər".

 

"İnter" yayda Mauro İkardini PSJ-yə icarə verib.

Xəbər xətti