"İnter"in sabiq futbolçusu "Srvena Zvezda"nın baş məşqçisi oldu

00:17 - 25 Dekabr 2019

“İnter”in sabiq futbolçusu Deyan Stankoviçin yeni iş yeri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis “Srvena Zvezda”nın baş məşqçisi təyin edilib. Serbiyalı çalışdırıcı ilə 2,5 illik müqavilə imzalanıb. Onun illik maaşı 400 min avro olacaq.

 

Stankoviç təyinatı ilə bağlı bunları deyib: "Baş məşqçi olmamışdan öncə Sven-Yoran Erikssondan səbir etməyi, Joze Mourinyodan xarakter sahibi olmağı, Roberto Mançinidən çalışmağı, Sinişa Mihayloviçdən isə həyatda təslim olmamağı öyrənmişəm. Ümid edirəm ki, burda etimadları doğruldacam".

 

Stankoviç 2004-2013-cü illərdə “İnter”də oynayıb. O, 2014/15 mövsümündə "Udineze"də məşqçi kimi çalışıb.

Xəbər xətti