İtaliyanın "Roma" klubu qış fasiləsində Cengiz Ündər üçün gələcək transfer təkliflərini dəyərləndirəcək.
Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, paytaxt təmsilçisi türkiyəli yarımmüdafiəçini satmağa hazırdır. "Canavarlar" türkiyəli futbolçu üçün ən azı 40 milyon avro təzminat istəyir. Belə bir təklif gəlsə, Cengizin ayrılığına icazə veriləcək.
22 yaşlı futbolçu ilə "Sevilya", "Everton", "Bayern" və "Mançester Yunayted"in maraqlandığı iddia edilir.
"Roma" Cengizi 2017-ci ildə "Başakşəhər"dən 14,25 milyon avroya transfer etmişdi. Türkiyə millisinin üzvü İtaliya klubunda 75 oyuna 15 qol vurub, 11 assist edib.
saytlarin hazirlanmasi