İtaliya millisi və "Yuventus"un sabiq futbolçusu Mauro Kamoranezinin yeni iş yeri müəyyənləşib.
Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis Sloveniyanın "Tabor" klubunun baş məşqçi təyin olunub. Onunla 1,5 illik müqavilə imzalanıb.
2006-cı ildə İtaliya millisi ilə dünya çempionu olmuş italiyalı mütəxəssis son dəfə 2016-2017-ci illərdə Meksikanın "Kafetaleros" klubuna rəhbərlik etmişdi
saytlarin hazirlanmasi