"Roma"nın baş məşqçisi Paulo Fonseska komandadan ayrılacağı iddia edilən Cengiz Ündərlə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis qışda oyunçu satmaq istəmədiklərini deyib:
"Hazırda oyunçu satmaq fikrimiz yoxdur. Cengiz Ündəri də göndərmək fikrində deyilik. Meydana yalnız 11 oyunçu çıxır. Futbolçuların inkişaf etməsini gözləməliyik".
22 yaşlı yarımmüdafiəçi bu mövsüm A Seriyasında 7 oyuna 1 qol vurub.
saytlarin hazirlanmasi