"Milan" Zlatan İbrahimoviçin transferindən sonra hücumçusu Kriştof Pyonteki satmağı düşünür.
Sportal.az xəbər verir ki, İngiltərənin "Aston Villa", "Nyukasl" və "Tottenhem" klubları polşalı forvardla maraqlanır.
"Tottenhem"in baş məşqçisi Joze Mourinyo Harri Keynin 2 aylıq sıradan çıxmasından sonra yeni hücumçunun alınmasını rəhbərlikdən tələb edib. Portuqaliyalı mütəxəssis Pyonteklə irəli xəttdəki boşluğun aradan qalxacağına ümid edir.
"Milan" 24 yaşlı forvarddan istədiyi performansı almadığı üçün satmağı planlaşdır. "Qırmızı-qaralar" ötən il "Cenoa"dan 38 milyon avroya transfer etdiyi oyunçunu sərfəli təklifə buraxmağa hazırdır.
Pyontek bu mövsüm Seriya A-da 18 oyuna 4 qol vurub.
saytlarin hazirlanmasi