"İnter" mövsümün sonunda "Mançester Yunayted"lə müqaviləsi başa çatacaq Eşli Yanqı transfer hədəfinə alıb.
Sportal.az "BBC Sport"a istinadən xəbər verir ki, 34 yaşlı futbolçu Milan klubuna keçməyə müsbət yanaşır. "Qırmızı şeytanlar"dan yeni müqavilə təklifi almayan ingilis müdafiəçi "göy-qaralar"la saziş bağlamağa hazırlaşır.
34 yaşlı futbolçu "Mançester Yunayted"də 556 oyuna 77 qol vurub, 112 assist edib.
saytlarin hazirlanmasi