"Milan" müqavilə ilə "Sevilya"ya məxsus olan, mövsümün ilk yarısını icarə əsasında "Atalanta"da keçirən Simon Kyaeri heyətinə qatmağa hazırlaşır.
Sportal.az "Sky Italia"ya istinadən xəbər verir ki, "qırmızı-qaralar" bu keçid üçün müdafiəçisi Mattia Kaldaranı "Atalanta"ya verməyə razılaşıb. Transferlərin tezliklə rəsmiləşəcəyi gözlənilir.
Kyaer yayda "Atalanta"ya keçmişdi. 30 yaşlı stopper bu mövsüm Berqamo təmsilçisində 6 oyun keçirib.
saytlarin hazirlanmasi