İtaliya A Seriyasının 19-cu turunda "Roma"ya səfərdə 2:1 hesabı ilə qalib gələn "Yuventus" ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, komandanın ilk qolunu vuran türkiyəli müdafiəçi Merih Demiral 16-cı dəqiqədə sıradan çıxıb. Turin klubu 21 yaşlı futbolçunun sol dizinin ön çarpaz bağlarının qopduğunu açıqlayıb.
Bu səbəbdən gənc oyunçu mövsümün qalan oyunlarında forma geyinməyəcək. O, Avropa çempionatında Türkiyə millisinə kömək etməyəcək.
saytlarin hazirlanmasi