İtaliya A Seriyasının 19-cu turunda "Roma"ya səfərdə 2:1 hesabı ilə qalib gələn "Yuventus" ciddi itki ilə üzləşib. Komandanın ilk qolunu vuran türkiyəli müdafiəçi Merih Demiral 16-cı dəqiqədə sıradan çıxıb. Turin klubu 21 yaşlı futbolçunun sol dizinin ön çarpaz bağlarının qopduğunu açıqlayıb.
Sportal.az xəbər verir ki, gənc oyunçu sosial şəbəkə hesabında dəstək mesajları üçün təşəkkür edib:
"Dünən yaşadığım bəxtsiz zədədən sonra dəstəklərini əsirgəməyib, yanımda olan klublara, idmançı yoldaşlarıma və bütün futbolsevərlərə təşəkkür edirəm. Daha güclü dönəcəyimdən şübhəniz olmasın. Avropa çempionatında görüşərik".
İtaliya mətbuatı Merihin mövsümün qalan matçlarında oynamayacağını yazıb.
saytlarin hazirlanmasi