İtaliya A Seriyasının 19-cu turunda "Roma" ilə matçda diz bağları qopan "Yuventus"un futbolçusu Merih Demiral əməliyyat edilib.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi 21 yaşlı futbolçu sol dizindən uğurlu əməliyyat olunduğunu yazıb. Klub saytı türkiyəli futbolçunun 6-7 ay yaşıl meydanlardan kənar qalacağını açıqlayıb.
Demiral zədəyə görə Avropa çempionatında Türkiyə millisinə kömək etməyəcək.
saytlarin hazirlanmasi