"Yuventus" Portu" ilə 18 ay müqaviləsi qalan Aleks Telleşi transfer hədəfinə alıb.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "əjdahalar"la müqaviləsini uzatmaq istəməyən futbolçu başqa kluba keçmək fikrindədir. Xəbərdə "Yuventus"un 25 milyon avroluq təklif hazırladığı qeyd edilib. "Portu" isə braziliyalı müdafiəçinin 40 milyon avroluq sərbəst qalma dəyərinin ödənilməsini istəyir.
Nəşr klubların növbəti həftə görüşəcəyini vurğulayıb.
27 yaşlı sol cinah müdafiəçisi bu mövsüm 28 oyuna 5 qol vurub, 8 assist edib.
saytlarin hazirlanmasi