Fevralın 9-u İtaliya A Seriyasının 23-cü turu çərçivəsində "Milan"la "İnter" qarşılaşacaq.
Sportal.az xəbər verir ki, "İnter"in qapıçısı Samir Handanoviç derbiyə zədəli halda çıxacaq. Sloveniyalı qapıçının sağ əlinin kiçik barmağı ötən həftə çatlamışdı. Onun 3-4 həftə yaşıl meydanlardan kənar qalacağı gözlənilsə də, həkimlər onu derbiyə xüsusi hazırlayır.
35 yaşlı qolkiper xüsusi əlcəklə oyuna hazırlaşacaq və vacib matçda komandasına kömək edəcək.
"İnter"in kapitanı komandada indiyə qədər 323 oyun keçirib.
saytlarin hazirlanmasi