İtaliyada ilin ən yaxşı baş məşqçisi açıqlandı

18:03 - 4 Fevral 2020

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini İtaliyada 2019-cu ilin ən yaxşı baş məşqçisi seçilib.

 

Sportal.az xəbər verir ki, 62 yaşlı mütəxəssisə “Qızıl skamya” mükafatı təqdim olunub.

 

İtaliyalı çalışdırıcı karyerasında ilk dəfə bu mükafata sahib çıxıb. “Atalanta” ötən mövsüm İtaliya çempionatını 3-cü tamamlayıb və tarixində ilk dəfə Çempionlar Liqaısna vəsiqə qazanıb.

 

Ötən il bu mükafatı İtaliya yığmasının çalışdırıcısı Roberto Mançini əldə edib.

Xəbər xətti