İtaliyanın "Breşiya" klubu baş məşqçisi Eucenio Korini ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, 50 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
49 yaşlı mütəxəssis bu mövsüm ikinci dəfə "Breşiya"dan göndərilib. İtalialı çalışdırıcı 1-ci dəfə 2019-cu ilin noyabrında istefaya göndərilmişdi. Daha sonra komanda Fabio Qrossoya tapşırılmışdı. Dekabrda Qrosso ilə yolları ayıran "Breşiya" yenidə Korini ilə anlaşmışdı.
"Breşiya" 22 turdan sonra 15 xalla çempionatın turnir cədvəlində 19-cudur.
saytlarin hazirlanmasi