Ronaldo: "35 yaşımda balıqçı olacağımı düşünürdüm"

17:43 - 6 Fevral 2020

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı ulduz futbolçu Çempionlar Liqasını qazana biləcək gücdə olduqlarını deyib:

 

"ÇL-i qazanmağın çox çətin olduğunu bilirik. Ancaq bu çətinliyin öhdəsindən gələ biləcək kollektivimiz var. Çempionlar Liqasında qalib olmaq bir çox faktorlara əsaslanır. "Yuventus" mənə ÇL-i daha bir dəfə qazanmaq üçün fürsət verdi".

 

Portuqaliyalı futbolçu uğurlarını daha öncə xəyal etmədiyini deyib:

 

"Futbolçu olmağı çox istəyirdim, çalışırdım, böyük fədakarlıqları etdim. Amma bu gün əldə etdiklərimi heç vaxt arzulamırdım. 35 yaşımda 5 "Qızl top" və 5 dəfə Çempionlar Liqasının qalibi olmaq əvəzinə, Madeyrada balıqçı olacağımı düşünürdüm".

Xəbər xətti