"Milan"ın qapıçısı Canluici Donnarumma komandadan ayrılmaq istədiyini klub rəhbərliyinin diqqətinə çatdırıb.
Sportal.az "La Gazetta dello Sport" xəbər verir ki, illik 6 milyon avro maaş alan qapıçı məvacibinin artırılmasını tələb edib. Rəhbərlik maaş artımının olmayacağını qapıçının agenti Mino Rayolanın diqqətinə çatdırıb. Bu səbəbdən də italiyalı qolkiper ayrılıq qərarı verib.
Mino Rayola müştərisini "İnter" və "Yuventus"a təklif edib. "Yuventus" gözlmək qərarı verib, ancaq "İnter" Donnarumma üçün dərhal hərəkətə keçib.
35 yaşlı Samir Handanoviçin əvəzinə qapıçı axtaran "İnter" Donnarumma üçün 50 milyon avro təklif hazırlayıb. Mino Rayola ilə görüşən Milan təmsilçisinin direktoru Beppe Moratta gənc qolkiperin maaş tələbəini yerinə yetirəcəklərini deyib.
"Milan"ın yetirməsi 16 yaşından əsas komandada çıxış edir.
saytlarin hazirlanmasi