Asmir Beqoviç "Qarabağ"dakı oyunu ilə milliyə dönür

14:14 - 12 Fevral 2020

Mövsümün ilk yarısını "Qarabağ"da keçirən, hazırda isə İtaliyanın "Milan" klubunda icarə əsasında oynayan Asmir Beqoviç Bosniya və Herseqovina yığmasına dönəcək.

 

Sportal.az xəbər verir ki, yığmanın çalışdırıcısı Duşan Bayeviç 32 yaşlı qolkiperlə əlaqə saxlayıb, onu milliyə qaytaracaqlarını deyiblər.

 

Beqoviç sonuncu dəfə 2018-ci ildə Bosniya və Herseqovina yığmasında oyun keçirib. Yığmanın keçmiş çalışdırıcısı Robert Prosineçki təcrübəli simanı yığmaya dəvət etmirdi.

 

Azərbaycan çempionu "Qarabağ" mövsümün əvvəlində Beqoviçi "Bornmut"dan 4 aylıq icarəyə götürmüşdü. O, Ağdam klubunda 17 oyun keçirib və 16 qol buraxıb. Qolkiper yeni klubu "Milan"da debüt etməyib.

Xəbər xətti