İtaliya A Seriyasında bu gün keçirilməsi planlaşdırılan 3 oyun təxirə salınıb.
Sportal.az xəbər verir ki, buna Lombardiya və Veneto regionlarında koronavirusun yayılması səbəb olub. Baş nazir Cüzeppe Konte həmin bölgələrdə idman yarışlarının təxirə salındığını açıqlayıb.
Bu səbəbdən A Seriyasında "Verona" - "Kalyari", "Atalanta" - "Sassuolo" və "İnter" - "Sampdoriya" matçları, B Seriyasında isə "Askoli" - "Kromeneze" görüşü təxirə salınıb.
saytlarin hazirlanmasi