A Seriyasında koronavirusa görə daha bir oyun təxirə salındı

17:00 - 23 Fevral 2020

İtaliya A seriyasında daha bir oyun təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, koronavirus təhlükəsinə görə bu gün keçirilməsi planlaşdırılan “Torino” - “Parma” görüşü baş tutmayacaq.

 

Lombardiya və Veneto regionlarında koronavirusun yayılması səbəbindən 3 qarşılaşma – “Verona” – “Kalyari”, “Atalanta” – “Sassuolo” və “İnter” – “Sampdoriya” matçları da təxirə salınmışdı.

Xəbər xətti