İtaliya A Seriyasında növbəti turun oyunları təxirə salına bilər

18:49 - 24 Fevral 2020

İtaliyada koronavirus təhlükəsi artmaqdadır. Sportal.az xəbər verir ki, buna görə ötən gün A Seriyasında 4 oyun təxirə salınmışdı

 

Ölkənin baş naziri Cüzeppe Konte növbəti həftə İtaliyadakı yarışların təxirə salına biləcəyini deyib:

 

"Bir həftə içində virusun yayılma sürətinin azalacağını düşünmürük. Vəziyyəti dəyərləndiririk. Növbəti həftə bütün oyunların təxirə salınması məsələsini müzakirə edəcəyik".

Xəbər xətti