İtaliya millisinin sabiq üzvü Cüzeppe Rossi karyerasını ABŞ-da davam etdirəcək.
Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçu “Real Solt-Leyk” klubuna keçib. MLS təmsilçisi təcrübəli futbolçu ilə ilin sonuna qədər müqavilə imzalayıb.
İtaliya millisində 29 oyun keçirmiş Rossi "Mançester Yunayted", "Nyukasl", "Parma", "Vilyarreal", "Fiorentina", "Levante" və "Selta" kimi klublarda çıxış edib. Onun son klubu "Cenoa" olub.
saytlarin hazirlanmasi