"Milan"ın hücumçusu Zlatan İbrahimoviç koronavirus pandemiyası ilə mübarizə üçün xəstəxanalara yardım aksiyasına başlayıb.
Sportal.az xəbər verir ki, 38 yaşlı futbolçu sosial şəbəkə hesabında bu barədə video yerləşdirib:
"İtaliya hər zaman mənə çox şey verdi. Hazırda dramatik vəziyyətdir. Çox sevdiyim ölkəyə daha artığını qaytarmaq istəyirəm. Mənimlə birgə çalışan insanlarla xəstəxanalar üçün yardım toplamağa və bunu yaymağa qərar verdim. Bu, ciddi məsələdir, tək video çəkmək yox, kömək etmək lazımdır. Bu virusu yox etmək üçün həmkarlarım, bütün peşəkar idmançılar və yardım etməyi sevən səxavətli insanlara güvənirəm.
Həyatımızı xilas etmək üçün hər gün çalışan xəstəxanalara, həkimlərə və tibb bacılarına həqiqətən də yardım edə bilərik. Birlikdə koronavirusu yox edək və bu oyunda qalib gələk. Sonda unutmayın: əgər virus Zlatana gəlməzsə, Zlatan virusa gedər".
saytlarin hazirlanmasi