"Yuventus"un hücumçusu Paulo Dibala və sevgilisi Oriana Sabatini koronavirusa yoluxub.
Sportal.az xəbər verir ki, 26 yaşlı hücumçu testlərin nəticəsinin müsbət olduğunu sosial şəbəkə hesabında paylaşıb: "Testlərin nəticəsi müsbət çıxdı. Xoşbəxtlikdən indi əlayıq. Hər birinizə dəstək üçün təşəkkür edirik!"
Daha əvvəl "Yuventus"da müdafiəçi Daniele Ruqani və yarımmüdafiəçi Blez Matyuidi koronavirusa yoluxmuşdu.