Paolo Maldini və oğlu da koronavirusa yoluxdu

00:22 - 22 Mart 2020

"Milan”ın texniki direktoru Paolo Maldini və komandada çıxış edən oğlu Deniel Maldini koronavirusa yoluxublar.

 

Sportal.az xəbər verir ki, klub ata və oğulun testlərinin müsbət çıxdığını açıqlayıb.

 

51 yaşlı sabiq futbolçu 2018-ci ildən "Milan"da funksioner kimi çalışır. Onun 18 yaşlı oğlu bu mövsüm "qırmızı-qaralar"la peşəkar müqavilə imzalayıb.

Xəbər xətti