Ronaldo maaşının 30 faizindən imtina etdi

13:30 - 23 Mart 2020

“Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldo illik maaşının 30 faizindən imtina edib. 

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb. Bildirilir ki, ulduz oyunçu koronavirus pandemiyasının İtaliyaya vurduğu zərbəyə görə belə bir addım atıb.

 

Ronaldonun “Yuventus”dakı illik maaşı 30 milyon avrodur. Bu o deməkdir ki, 35 yaşlı portuqaliyalı superulduz 10 milyon avro güzəştə gedib.

Xəbər xətti