Koronavirusa yoluxan “Yuventus”un futbolçusu Paulo Dibalanın sevgilisi Oriana Sabatini açıqlama verib.
Sportal.az xəbər verir ki, argentinalı müğənni 26 yaşlı hücumçu ilə birgə karantində olduğunu deyib:
“İndi özümüzü yaxşı hiss edirik və istirahətdəyik. Bir neçə gün əvvəl pis idik. Həkimlər vitamin yazdılar. Növbəti testi martın 31-i verəcəyik. Koronavirus qrip kimidir. Bütün bədən ağrıyır və yorğunluq hiss edilir. Ağ ciyərlərimdə də ağrı vardı. Məndən sonra Dibala da pisləşdi”.
Paulo Dibalanın sevgilisi ilə birgə koronavirus testi müsbət çıxıb.
saytlarin hazirlanmasi