İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina koronavirus pandemiyasına görə qeyri-müəyyən müddətə təxirə salınan ölkə çempionatı barədə açıqlama verib.
Sportal.az xəbər verir ki, qurum rəsmisi A Seriyası ilə bağlı FIFA və UEFA ilə danışıq apardıqlarını deyib:
“Çempionatı iyunun 30-dək bitirmək istəyirik. Həmin müddətdən sonrakı dövrə də hazırıq. Ən pis halda çempionat dayandırıla bilər. Amma nəticələr ləğv etməyəcəyik. Qalib, Avropaya gedəcək və çempionatı tərk edəcək komandaları mütləq müəyyənləşdirəcəyik".
İtaliya A Seriyasında 26 turdan sonra 63 xalı olan "Yuventus" liderdir. "Latsio" 62 xalla 2-ci, "İnter" 54 xalla 3-cü, "Atalanta" 48 xalla 4-cü, "Roma" 45 xalla 5-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi