"Yuventus" koronavirusa yoluxan futbolçu ilə müqaviləni uzatdı

14:05 - 2 Aprel 2020

"Yuventus" yarımmüdafiəçisi Blez Matyuidi ilə yeni müqavilə imzalayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Turin təmsilçisi mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçu ilə 2021-ci ilin yayına qədər saziş bağlayıb.

 

Bir müddət öncə COVID-19 pandemiyasına yoluxan fransız futbolçu hazırda özünü yaxşı hiss etdiyini deyib.

 

32 yaşlı yarımmüdafiəçi bu mövsüm 30 oyunda 1 qol vurub, 2 assist edib.

Xəbər xətti