"Milan" "Bornmut"dan icarəyə götürdüyü Asmir Beqoviçin transfer hüququna yiyələnməyəcək.
Sportal.az “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" bosniyalı qapıçı ilə sözləşməsi başa çatdıqdan sonra yollarını ayıracaq.
32 yaşlı qapıçı müqavilə ilə məxsus olduğu "Bormut"a qayıdacaq. Təcrübəli qapıçının İngiltərə klubundakı gələcəyi qeyri-müəyyəndir.
Beqoviç mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirib. O, qış fasiləsində "Milan"a icarəyə verilib.
saytlarin hazirlanmasi