"Roma" Smollinqi saxlamaq istəyir

12:12 - 6 Aprel 2020

"Roma"nın baş məşqçisi Paulu Fonseska mövsümün əvvəlində "Mançester Yunayted"dən icarəyə götürdükləri Kris Smollinqi komandada saxlamaq istədiklərini deyib.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ingilis müdafiəçidən razı olduqlarını deyib:

 

"İngiltərədən ilk dəfə ayrılmağına təəccüblənmişdim. Fərq yaradacaq özəllikləri var. İtaliyada adaptasiya prosesini tez keçdi. Müdafiənin mərkəzində əla keyfiyyətlərə malik olan futbolçudur. Əgər qiyməti münasib olsa, transfer hüququna yiyələnmək istəyirik. Onunla çalışmaq zövqdür, çox peşəkar insandır".

 

30 yaşlı futbolçu paytaxt klubunda 28 oyun keçirib, 2 qol vurub, 1 assist edib. Onun icarə müqaviləsi mövsümün sonunda başa çatır.

Xəbər xətti