"Roma" yayda Cengiz Ündəri satmaq fikrinə düşüb.
Sportal.az "La Fazetta dello Sport"a istinadən xəbər verir ki, paytaxt klubu bu mövsüm gözləntilərin altında qalan Türkiyə millisinin üzvünü satmağı planlaşdırır.
"Leyptsiq", "Bayern", "Tottenhem", "Arsenal" və "Lion" kimi klublar 22 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
"Roma" Cengizi 2017-ci ildə "Başakşəhər"dən 14,25 milyon avroya transfer etmişdi. O, bu mövsüm 20 oyunda 3 qol vurub.
saytlarin hazirlanmasi