Lukaku: "Adriano ilə 1 mövsümdə 70 qol vura bilərdik"

13:24 - 10 Aprel 2020

"İnter"in hücumçusu Romelu Lukaku komandanın keçmiş futbolçusu Adriano ilə canlı yayımda danışıb.

 

Sportal.az xəbər verir ki, Belçika millisinin üzvü klubun "Instagram" hesabında Adriano ilə söhbət zamanı keçmiş braziliyalı futbolçu barədə xoş sözlər deyib:

 

"Uşaqlıqda kumirim sən idin. Həm "İnter"də, həm də Braziliya millisində böyük işlər görmüsən. Əgər biz birlikdə "İnter"də oynasaydıq, 1 mövsümdə 70 qol vurardıq".

 

Adriano Lukakudan "İnter"ə necə keçməsi barədə sual verib. Lukakunun cavabı: "İtaliyaya getmək fürsəti yarandığı halda, "İnter"i seçəcəyimi bilirdim. Kubokları möhtəşəm hücumçularla qazanan bu kluba aşiq olmuşdum. 1998-ci ildə izlədiyim ilk Avropa kuboku finalında "İnter" titul qazandı. Ronaldo inanılmaz performans göstərmişdi".

 

38 yaşlı Adriano 2001/02 və 2004-2009-cu illərdə "İnter"də çıxış edib. Braziliya millisinin sabiq üzvü 2014-cü ildə karyerasını başa vurub.

Xəbər xətti