İspan mütəxəssis Unay Emeri "Milan"ın baş məşqçisi təyin edilə bilər.
Sportal.az "Sky Italia"ya istinadən xəbər verir ki, "qırmızı-qaralar" Stefano Piolini istefaya göndərib, 48 yaşlı mütəxəssisi komandanın baş məşqçi postuna gətirmək istəyir.
"Milan" COVID-19 pandemiyasına görə hələ Emeriyə təklif göndərməyib.
İspan məşqçi "Valensiya", "Spartak" (Moskva), "Sevilya", PSJ və "Arsenal" kimi klubları çalışdırıb.
saytlarin hazirlanmasi