"Napoli"nin baş məşqçisi Cennaro Qattuzo keçmişdə Argentinanın "Boka Xuniors" klubuna keçmək ehtimalının olduğunu açıqlayıb.
Sportal.az xəbər verir ki, italiyalı keçmiş futbolçu Argentina klubuna transfer olmağında həyat yoldaşının əngəl olduğunu deyib:
"Hər zaman Boka Xuniors"u sevdiyimi demişəm. "Boka Xuniors"a qarşı oynamışam və klublararası dünya kubokunu qazanmışam. 2012-ci ildə bu klubdan təklif aldım. Ailəmə bu barədə məlumat verdim. Bizim evdə rəis həyat yoldaşımdır. O getməyimi istəmədi və mən də bu qərarla razılaşdım. Uşaqlarımız həmin vaxt kiçik idi, buna görə xanımım getməyimi məqsədəuyğun saymırdı".
42 yaşlı keçmiş yarımmüdafiəçi 2012-ci ildə "Milan"dan İsveçrənin "Sİon" klubuna keçmişdi.
saytlarin hazirlanmasi