"A Seriyası başa çatdırılmasa, məhkəmə qərar verəcək" - "Latsio" cəbhəsindən açıqlama

16:47 - 16 Aprel 2020

"Latsio"nun mətbuat katibi Arturo Diakonale A Seriyasının davam etdirilməsini istədiklərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi çempionatının qalibinin meydanda müəyyənləşdirilməli olduğunu deyib:

 

"Futbolçular testdən keçməlidir. Koronavirusa yoluxmuş oyunçuları digər futbolçulardan uzaq saxlamaq lazımdır. Çempion olmasaq belə, yarışı yekunlaşdırmaq lazımdır. Turnir başa çatmasa, məhkəmə qərar verəcək. Ümid edirəm ki, qərarı məhkəmə verməyəcək və suallara meydanda aydınlıq gələcək".

 

26 turdan sonra çempionatın turnir cədvəlinə 63 xalla "Yuventus" başçılıq edir. "Latsio" 62 xalla 2-cidir.

Xəbər xətti