Koronavirusa görə dayandırılan İtaliya A Seriyası ilə bağlı qərar veriləcək.
Sportal.az xəbər verir ki, İtaliyanın idman naziri Vinçenso Spadafora, İtaliya Futbol Federasiyası nümayəndələri, A Seriyası rəhbərliyi və klub rəsmilərinin iştirakı ilə aprelin 22-də videokonfrans keçiriləcək.
Videokonfransda A Seriyasının bərpa vaxtı müəyyənləşdiriləcək.
Mayın 27-də ölkə kubokunun başlayacağı, iyunun əvvəlində isə A Seriyasının davam etdiriləcəyi gözlənilir.
saytlarin hazirlanmasi