Roberto Mançini: "Avropa çempionatını qazanacaq gücdəyik"

15:25 - 19 Aprel 2020

İtaliya millisinin baş məşqçisi Roberto Mançini koronavirusa görə 2021-ci ilə təxirə salınan Avropa çempionatı barədə danışıb.

 

Sportal.az "Sport Mediaset"ə istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis İtaliyanın qitə çempionu olacaq gücdə olduğunu deyib:

 

"İtaliya sonuncu dəfə 1968-ci ildə Avropa çempionu olub. O dönəmdən sonra ilk dəfə kuboku İtaliyaya gətirə biləcək güclü heyət qurmuşuq. Bu qədər zamandan sonra titulu qazanmaq möhtəşəm olardı. Bunu bacaracaq gücümüz var.

 

Seçmə mərhələdə 10 qələbə qazandıq. Ancaq turnir 2021-ci ilə təxirə salındı. Çətin dönəmdən sonra milli komandamızı insanlara sevdirmişdik. Bunu yaxşı performans və gözəl nəticələrlə bacarmışdıq. Futbolçularımız zəif olmadığını və yalnız özlərinə güvənmələrini anladı. Heyətimiz gəncdir və futbolçularımız 1 il də təcrübə toplayacaq".

Xəbər xətti