Canni De Byazi: "Təklif var idi, amma hər şey son anda dəyişdi"

14:14 - 20 Aprel 2020

Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən biri olan Canni De Byazi açıqlama verib.

 

Sportal.az "Football İtalia"ya istinadən xəbər verir ki, 63 yaşlı italiyalı mütəxəssis təkliflərdən danışıb:

 

“Millidə çalışmaq böyük təcrübədir. İki aydan sonra iki oyuna hazırlaşmaq asan deyil. Bu müddətdə bütün futbolçuları izləməlisiz. Albaniya millisi üçün əlimdən gələni etdim, hökümətdən bir çox mükafat aldım. Bu, möhtəşəm bir hissdir. Məni maraqlandıran layihə axtarıram, amma ilk növbədə sağlamlıqla bağlı problemlərin necə olacağını görməliyik. Mənə təklif var idi, amma hər şey son anda dəyişdi. Üstəlik, koronavirus problemi başladı”.

Xəbər xətti