Ronaldonun "Yuventus" qərarı

13:31 - 25 Aprel 2020

Kriştiano Ronaldo müqaviləsi bitənə qədər "Yuventus"da qalmağa qərar verib.

 

Sportal.az "Tuttosport"a istinadla xəbər verir ki, koronavirus pandemiyası Turin klubuna maliyyə baxımından zərər vursa da, portuqaliyalı hücumçu 2022-ci ilin yayına qədər komandada qalacaq.

 

İlinə 31 milyon avro maaş alan futbolçu ayrılmağa səbəb görmür.

 

Ronaldo 2018-ci ildə "Real"dan "Yuventus"a keçib.

Xəbər xətti